| Zirkon | E.max | Metal-keramika | |
|---|---|---|---|
| Material | Sirkonium dioksid keramikası | Litium disilikat şüşə-keramikası | Metal karkas + keramika |
| Metal | Yoxdur | Yoxdur | Var |
| Şəffaflıq | Orta. Növündən asılıdır | Yüksək | Aşağı (metal işığı keçirmir) |
| Möhkəmlik | Çox yüksək | Yüksək, zirkondan aşağı | Yüksək |
| Tipik istifadə | Ön və arxa dişlər | Əsasən ön dişlər, vinirlər | Daha çox arxa dişlər |
| Nəzərə alınmalı | Bəzi növləri daha az şəffafdır | Güclü yük və bruksizmdə ehtiyat | Diş əti çəkildikdə kənarda tünd xətt görünə bilər |
Zirkon və E.max eyni şeydirmi?
Xeyr. Sosial şəbəkələrdə tez-tez “zirkon E-max” kimi birlikdə yazılır, amma bunlar iki ayrı materialdır. Bəzən bir xəstədə hər ikisi istifadə olunur.
Hansı daha yaxşıdır?
Hər kəs üçün eyni cavab yoxdur. Ön dişdə yüksək estetika istəyən, diş sıxma vərdişi olmayan xəstə üçün E.max, çeynəmə yükü çox olan arxa diş üçün zirkon daha uyğun ola bilər. Büdcə məhdud olduqda metal-keramika müzakirə edilə bilər.